Valideynin məktəbdə bir günü

05.05.2025-ci il tarixində məktəbdə keçirilən “Valideynin məktəbdə bir günü” adlı tədbir keçirildi.  Bu tədbir valideynlər üçün həm maarifləndirici, həm də duyğusal baxımdan dəyərli bir təcrübə oldu. Həmin gün ərzində valideynlər kimya, fizika, biologiya və digər fənlər üzrə təşkil olunmuş açıq dərsləri izləyərək, müəllimlərin pedaqoji yanaşmaları və şagirdlərin fəallığı ilə yaxından tanış oldular. Bundan əlavə, rəsm, texnologiya və STEAM fənlərindən şagirdlərin əl işlərindən ibarət sərgilər təqdim edildi. Yaradıcılıq, bacarıq və əmək məhsulu olan bu işlər valideynlər və qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbirin sonunda məktəb rəhbərliyi tərəfindən həm fəallığı ilə seçilən, həm də məktəblə sıx əməkdaşlıq göstərən valideynlərə təşəkkürnamələr təqdim olundu. Xüsusi olaraq inklüziv təhsildə yer alan şagirdlərin valideynlərinə göstərdikləri anlayış, dəstək və əməkdaşlığa görə ayrıca təşəkkür ifadə edildi. Tədbir valideyn–məktəb münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və inklüziv təhsilin cəmiyyət tərəfindən daha dərindən anlaşılmasına xidmət edən nümunəvi bir təşəbbüs oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi