Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizin ibtidai sinif şagirdləri üçün unudulmaz bir tədbir təşkil olundu!
Tədbirdə uşaqlar rəngarəng geyimlər, maraqlı oyunlar, musiqi nömrələri və müxtəlif əyləncələrlə dolu bir gün yaşadılar. Gülüşləri ilə məktəbi bəzəyən balaca fidanlarımız üçün bu gün həm əyləncəli, həm də yadda qalan oldu.Tədbirdə 44 günlük Vətən müharibəsində şəhid olan Cəmil Məmmədlinin adını daşıyan balaca Cəmil də iştirak edərək, onun əziz xatirəsini yaşatdı.
Uşaqlar bizim gələcəyimizdir – onların sevinci, bizim sevincimizdir!