Coğrafiya fənni üzrə açıq dərs keçirilib

Məktəbimizin coğrafiya müəllimi Gözəlova İradə öz fənnindən açıq dərs keçirdi. Mövzu Vulkan və qeyzerlər idi. Dərsin məqsədi vulkan elementlərini sadalamaq,vulkan quruluşu sxemini çəkmək,qeyzer haqqında və onların təsərrüfat fəaliyyəti barədə məlumat vermək idi. Əvvəlcə vulkanların püskürməsi haqqında videoçarx nümayiş etdirildi. Sonra şagirdlərə vulkanların əmələ gəlməsi və yaratdığı proseslər haqqında suallar verildi. Şagirdlərə məlumat verdikdən sonra vulkanlar və onların yaranması haqqında izahat verildi.Xəritədə geosinklinal qurşaqlar,vulkanların baş verdiyi ərazilər haqqında təsnifatı ilə izahat verildi. Azərbaycanın fiziki xəritəsində isə palçıq və sönmüş vulkanları göstərildi. Mövzunun izahatına təqribən 5 dəqiqə vaxt sərf edildi.Sonra qruplarla iş başlandı.Hər bir qrupa ayrıca tapşırıqlar verildi. Qrup rəhbərləri öz tapşırıqlarını şərh etdi. Sonra suallarla sinfə müraciət olundu. Şagirdlər mövzunu yaxşı mənimsəmişdilər. Vulkanın püskürməsi praktiki təcrübə ilə göstərildi. Sonra vulkan püskürməsinin yaratdığı ekoloji problemlər haqqında məlumat verildi. Videoçarx vasitəsilə Vezuvi vulkanının yaratdığı dəhşətlər nümayiş etdirildi. Şagirdlərdən Gözəlova Jalə,Ağayeva Aysun,Həsənli İlahə,İsaxalıyeva Tamilla,Osmanlı İlahə,Nəcəfova Günay,Hüseynova Aynur, Əsədov Vaqif, Muradova Aysu fəal iştirak etdilər.