"Əmək insanı ucaldır"

09 dekabr 2016-cı il tarixində “Əmək isanı ucaldır” mövzusunda məktəb kitaxanasında tədbir keçirilmişdir. Tədbirdə paralel 3-cü siniflər iştirak etmişdir. Şagirdlər bu mövzuya sevə-sevə, yüksək səviyyədə hazırlaşmışdılar. Şagirdlərin rəngarəng çıxışları hamı tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Onların zəhmətə, əməyə bağlılığı etdikləri çıxışlarda öz əksini tapmışdır. Əməyə aid deyilən atalar sözləri, göstrilən səhnəciklər, söylənilən şeirlər hamı tərəfindən böyük maraqla dinlənilmişdir. Bu çıxışlaradan sonra həmin şagirdlərdə belə bir anlam yarandı ki, əməksevər insanlar kimi biz də zəhmətə qatlaşıb yaxşı oxumalı, gələcəyin dəyərli insanları sırasında durmalıyıq. Tədbir atalar sözləri ilə sona çatdı. “Əməksiz insan barsız ağac kimidir”, “Zəhmmət çəkməyən bal yeməz”, “Torpaqda izi olmayan süfrədə üzü olmaz”.