Sehirli dünya

      Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Nağıllar mövzu və məzmunca dörd növə bölünür: sehrli nağıllar, məişət nağılları, heyvanlar haqqında nağıllar, tarixi nağıllar. Lakin bəzən sehrli və heyvanlar haqqındakı nağılları əfsanəvi nağıl altında birləşdirirlər. 

      İbtidai sinif müəllimi Rəşidova Səbinə müəllim 2-ci sinif şagirdlərinin dünyagörüşünün inkişafına xidmət edən sehirli nağılları şagirdlərinə sevə -sevə öyrədir. Şagirdlər nağılları  öyrəndikdən sonra onları səhnələşdirir və sevdikləri nağıl qəhrəmanına məktub yazırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi