Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir

   Məktəbin akt zalında məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini, təşkilatçı Aytən İsmayılovanın təşkilatçılığı ilə şagirdlərimizin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

   Aytən İsmayılova  çıxış edərək, yeniyetmə və gənclərin Heydər Əliyev irsini öyrənməsinin, həmçinin gələcəyə bu dəyərlərlə addımlamasının vacibliyini diqqətə çatdırıb. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Elmira Abbaszadə çıxış edərək Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi mühüm islahatlara diqqət çəkib. Elmira müəllim bildirib ki, Ulu Öndərin təhsil siyasəti həm də intellektual potensialın formalaşması, milli-mənəvi dəyərlərə və qlobal düşüncəyə malik gənclərin yetişdirilməsi məqsədi daşıyıb. 

Çıxışlardan sonra “Tarixə çevrilən ömür” adlı videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində  şagirdlər Ulu Öndərə həsr olunmuş şeir və musiqi nömrələri təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi