Kiçik Akademiya

Ekologiyanı qorumaq üçün polietilen paketlərin biopaketlərlə əvəz olunmasıKA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu gün ümumtəhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyətinin gücləndirilməsi və genişləndirilməsi ilə bağlı böyük işlər görülür. Günümüzdə “Kiçik Akademiya”ların fəaliyyəti şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyi onların dünyagörüşünün, ictimai fəallığının, özfəaliyyət və təşkilatçılıq qabiliyyətinin, bacarığının formalaşmasına müsbət təsir göstərir. 162 nömrəli məktəbi müəllim Xanlarzadə Jalə və şagird Xanlarzadə Zəhraxanım "Ekologiyanı qorumaq üçün polietilen paketlərin biopaketlərlə əvəz olunması" mövzusu ilə təmsil edib.

Ətraflı

Апельсиновое маслоЦелью исследования является разработка новой более эффективной технологии получения биологически активных масел и пищевых добавок, богатых биологически активными веществами , из кожуры апельсинов, выращенных в Азербайджане . В результате , помимо определения количества эфирного масла, полученного входе исследования , впервые разработана новая эффективная технология извлечения биологически активных эфирных масел из кожуры апельсина горячим экстрагированием и быстрыми гидротермальными методами. Процесс выделения эфирного масла проводили в 3 стадии. Стадии различались по количеству полученного масла и времени , затраченному на процесс . На первом этапе на отделение эфирного масла затрачивалось 10-11 часов , на втором этапе 18-19 часов , на третьем этапе 22-23 часа . К концу 2 стадии из апельсиновой корки удаляется 80% эфирного масла. Можно предположить , что на I и II стадиях процесс идет быстрее и масла получается больше(80%)за счет быстрого разложения этих веществ в эфирном масле под действием тепла , состоящем из комплексных соединений .На III стадии скорость получения масло резко снижается , что может быть связано с истощением таких соединений в кожуре

Ətraflı

Təhsil robotlarıMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın "LEQO-Təhsil robotları" bölməsinin rəhbəri, gənc ibtidai sinif müəllimi Rəna Mirzəliyevanın təşəbbüsü ilə "Sirius" komandasının üzvləri AMEA-nın Geologiya və Geofizika İnstitutunun geometriya şöbəsində olaraq, bir qrup elmi işçi ilə görüşmüşlər. Görüşdə Geologiya və Geofizika İnstitutunun geometriya şöbəsinin rəhbəri , geologiya-minerologiya elmləri doktoru Abdulvahab Muxtarov, böyük elmi işçi Rauf Bağırlı, elmi işçi Veysəl Məmmədov və başqaları iştirak etmişlər. Aprel ayında Təhsil Nazirliyinin keçirdiyi "Təhsil robotları" sərgisində iştirak etməyi planlaşdıran komanda üzvləri alimlərdən olduqca dəyərli məlumat və tövsiyələr almışlar.

Ətraflı

Kiçik Akademiyanın fəaliyyəti haqqındaŞəhid E. Əliyev adına 162 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 31.05.2016-ci il tarixdən rəsmi olaraq fəaliyyətə başlamışdır. İlk gündən əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, təqdimatlar və referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, texniki, sosial-iqtisadi, ingilis dili, təhsil robotları, gələcəyin mühəndisi, rəqəmsal bacarıqlar bölmələrı fəaliyyət göstərir. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib.Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq, müzakirələrdən sonra təsdiq olunmuşdur. Sentyabr - oktyabr ayları ərzində IV-VIII sinif şagirdləri sıralarından "Kiçik Akademiya"ya namizədlər, IX - XI sinif şagirdləri sıralarından isə onların meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın həqiqi üzvləri müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər AMEA-nın müvafiq institutu ilə qarşılıqlı əməkdaşlıq edərək, vaxtaşırı öz seminarlarını keçirirlər. Seminarlarda şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, dəyirmi masalar, müxtəlif elm sahələrini təmsil edən alimlərlə görüşlər təşkil olunur. İldə bir dəfə - "Kiçik Akademiya"nın təsis olunduğu gün - may ayının 31-də təntənəli elmi praktik şagird konfransı keçirilir. Həmin günü elmlə təhsilin bayramı da adlandırmaq olar. Məktəb Kiçik Akademiyanın quruluşu aşağıdakı kimidir: Prezident - Jalə Xanlarzadə-ingilis dili müəllimi I vitse prezident – Əbdülrəhman Sadıxlı (10 B) II vitse prezident – Quliyev Elzamin (10 B) III vitse prezident – Nəzərli Rəna (9 a) Bölmə rəhbərləri: Təbiət – Səfərova Ülkər Humanitar – Səmədova Səbinə Rəqəmsal bacarıqlar – Mürsəlova Kamilə Təhsil robotları– Mirzəliyeva Rəna Gənc mühəndislər – Əliyeva Sevinc Dəqiq elmlər – Yəhyayev Dünyamin Mütaliə sevənlər – Səfərova Nəzakət Musiqi – Cəfərova Afaq Fiziki tərbiyə kafedrası - Əzizova Aida Ingilis dili – Mirzəyeva Vüsalə Sosiologiya - Yusubova Ağca

Ətraflı

Sabahın alimləri VIII Respublika Müsabiqəsinin iştirakçısıMüşviq Abbasov məktəbin humanitar təmayüllü 11 "A" sinfində təhsil alsa da, onun maraq dairəsi genişdir. "Kiçik Akademiya"-nın təbiət elmləri bölməsində fəaliyyət göstərən Müşviq "Sabahın alimləri" VIII Respublika Müsabiqəsinin iştirakçısı olmuşdur. Müşviq qalib ola bilməsə də, müsabiqədə iştirakın ona çox şey qazandırdığını düşünür. Qeyd edək ki, Müşviq İELTS imtahanlarını müvəffəqiyyətlə verərək, Polşa Respublikasının Varşava Dövlət Universitetinə Kompyuter Elmləri ixtisası üzrə qəbul şansı qazanmışdır.

Ətraflı

Sambucus L. cinsi növlərinin səmərəli istifadəsitexnologiyasıMəktəbin 11-ci sinif şagirdləri "Kiçik Akademiya" üzvləri Abbasov Müşviq və Nəsibvova Lətifə “Sabahın alimləri” VIII Respublika müsabiqəsində biologiya fənni üzrə elmi rəhbər biologiya üzrə elmlər doktoru, dosent Lətafət Mustafayevanın rəhbərliyi ilə "Sambucus L. cinsi növlərinin səmərəli istifadəsi texnologiyası" mövzusu ilə iştirak etdilər.

Ətraflı

Kiçik Akademiyanın II vitse-prezidenti162 nömrəli məktəbdə "Kiçik Akademiya"nın II vitse-prezidenti, texniki təmayüllü 10 "B" sinif şagirdi, "LEQO - Təhsil robotları" bölməsinin rəhbəriElzamin Quliyev eyni zamanda dərs əlaçısıdır. O tədrisin ümumi orta təhsil üzrə pilləsini müvəffəqiyyətlə başa vuraraq, nümunəvi attestata layiq görülmüşdür. Elzamin həm də "Sirius" komandasının kapitanıdır.

Ətraflı

Kiçik Akademiyanın I vitse-prezidenti162 nömrəli məktəbdə "Kiçik Akademiya"nın I vitse-prezidenti, texniki təmayüllü 10 "B" sinif şagirdi, texniki elmlər bölməsinin rəhbəri Əbdülrəhman Sadıxlı eyni zamanda dərs əlaçısıdır. Əbdülrəhman tədrisin ümumi orta təhsil üzrə pilləsini müvəffəqiyyətlə başa vuraraq, nümunəvi attestata layiq görülmüşdür.

Ətraflı

Kiçik Akademiyadan böyük gələcəyəDövlət siyasətinin prioritet sahələrindən biri olan insan kapitalına qoyulan sərmayə bu gün 162 nömrəli məktəbin şüarına çevrilmişdir. Beləki, "Məktəbdən böyük gələcəyə" şüarı altında 31.05.2016-cı il tarixində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyi ilə "Bu günün şagirdi - sabahın alimi" layihəsi çərçivəsində "Kiçik Akademiya"nın açılışı oldu. Açılış tədbirində iştirak edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov rəhbərliyin məktəb kollektivinə təbriklərini çatdıraraq, öz faydalı təklif və tövsiyyələrini verdi.Tədbirdə iştirak edən digər qonaqlar: professor Əjdər Ağayev, dosent Əhməd Qəşəmoğlu, AMEA-nın İdarə Heyətinin üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Əfsun Sucayev məktəb kollektivinə uğurlar arzuladılar. Tədbirdə "Kiçik Akademiya"nın əsasnaməsi, marşı, loqosu, bayrağı təsdiq olundu.

Ətraflı
HAQQIMIZDA

  162 nömrəli məktəbin binası 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən inşa edilmişdir. Məktəbdə qızlara təhsil verməklə yanaşı, toxumaq, tikiş tikmək və s. öyrədilirdi. Məktəb öz fəaliyyətini sovet d&...

BİZİM FƏXRLƏRİMİZ

Zalina Alderxanova

Əsmər Həmidova

HAQQIMIZDA

  162 nömrəli məktəbin binası 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən inşa edilmişdir. Məktəbdə qızlara təhsil verməklə yanaşı, toxumaq, tikiş tikmək və s. öyrədilirdi. Məktəb öz fəaliyyətini sovet d&...

BİZİM FƏXRLƏRİMİZ

Zalina Alderxanova

Əsmər Həmidova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi