Təhsil robotları

Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın "LEQO-Təhsil robotları" bölməsinin rəhbəri, gənc ibtidai sinif müəllimi Rəna Mirzəliyevanın təşəbbüsü ilə "Sirius" komandasının üzvləri AMEA-nın Geologiya və Geofizika İnstitutunun geometriya şöbəsində olaraq, bir qrup elmi işçi ilə görüşmüşlər. Görüşdə Geologiya və Geofizika İnstitutunun geometriya şöbəsinin rəhbəri , geologiya-minerologiya elmləri doktoru Abdulvahab Muxtarov, böyük elmi işçi Rauf Bağırlı, elmi işçi Veysəl Məmmədov və başqaları iştirak etmişlər. Aprel ayında Təhsil Nazirliyinin keçirdiyi "Təhsil robotları" sərgisində iştirak etməyi planlaşdıran komanda üzvləri alimlərdən olduqca dəyərli məlumat və tövsiyələr almışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi