Kiçik Akademiyanın fəaliyyəti haqqında

Şəhid E. Əliyev adına 162 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 31.05.2016-ci il tarixdən rəsmi olaraq fəaliyyətə başlamışdır. İlk gündən əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olub. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, təqdimatlar və referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, texniki, sosial-iqtisadi, ingilis dili, təhsil robotları, gələcəyin mühəndisi, rəqəmsal bacarıqlar bölmələrı fəaliyyət göstərir. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib.Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq, müzakirələrdən sonra təsdiq olunmuşdur. Sentyabr - oktyabr ayları ərzində IV-VIII sinif şagirdləri sıralarından "Kiçik Akademiya"ya namizədlər, IX - XI sinif şagirdləri sıralarından isə onların meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın həqiqi üzvləri müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər AMEA-nın müvafiq institutu ilə qarşılıqlı əməkdaşlıq edərək, vaxtaşırı öz seminarlarını keçirirlər. Seminarlarda şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, dəyirmi masalar, müxtəlif elm sahələrini təmsil edən alimlərlə görüşlər təşkil olunur. İldə bir dəfə - "Kiçik Akademiya"nın təsis olunduğu gün - may ayının 31-də təntənəli elmi praktik şagird konfransı keçirilir. Həmin günü elmlə təhsilin bayramı da adlandırmaq olar. Məktəb Kiçik Akademiyanın quruluşu aşağıdakı kimidir: Prezident - Jalə Xanlarzadə-ingilis dili müəllimi I vitse prezident – Əbdülrəhman Sadıxlı (10 B) II vitse prezident – Quliyev Elzamin (10 B) III vitse prezident – Nəzərli Rəna (9 a) Bölmə rəhbərləri: Təbiət – Səfərova Ülkər Humanitar – Səmədova Səbinə Rəqəmsal bacarıqlar – Mürsəlova Kamilə Təhsil robotları– Mirzəliyeva Rəna Gənc mühəndislər – Əliyeva Sevinc Dəqiq elmlər – Yəhyayev Dünyamin Mütaliə sevənlər – Səfərova Nəzakət Musiqi – Cəfərova Afaq Fiziki tərbiyə kafedrası - Əzizova Aida Ingilis dili – Mirzəyeva Vüsalə Sosiologiya - Yusubova Ağca
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi