HAQQIMIZDA

  162 nömrəli məktəbin binası 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən inşa edilmişdir. Məktəbdə qızlara təhsil verməklə yanaşı, toxumaq, tikiş tikmək və s. öyrədilirdi. Məktəb öz fəaliyyətini sovet dönəmində də davam etdirmişdir.  Hal-hazırda məktəb Nazirlər Kabinetinin 144 №-li qərarına əsasən vaxtilə burada təhsil almış, Qarabağ müharıbəsində Tərtər rayonunun Qapanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Etibar Allahverdi oğlu Əliyevin adını daşıyır. Məktəb 650 yerlik əsas korpusdan ibarətdir, 5 günlük və  2 növbəli iş rejimində işləyir. Hazırda 57 sinif komplektində 1689 nəfər şagird  Azərbaycan və rus bölmələrində təhsil alır. 98 nəfərdən ibarət pedoqoji kollektiv üzvlərindən bir nəfər elmlər namizədidir. Məktəbdə xarici dil kimi rus və ingilis dilləri tədris edilir. Müəllim-şagird nisbəti 1:13 nəfərdir. 2016-cı ildə yaradılmış "Kiçik Akademiya" AMEA-nın "Gənc Alim və Mütəxəssislər Şurası" nın dəstəyi ilə şagirdlərin potensial istedadınının aşkara çıxarılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlər nəticəsində bir sıra uğurlara imza atmışdır. Belə ki, "KA" üzvü X sinif şagirdi Zeynəb Sadıxova "Sabahın alimləri" VI Respublika Olimpiadasında biologiya, İsgəndərov Rafael Rəşan oğlu fənn olimpiadalarında informatika   fənni üzrə 3-cü yerin qalibi olmuşlar. Digər "KA" üzvü Mahirə Əsədzadə I ixtisas qrupu üzrə DİM-in keçirdiyi qəbil imtahanında 700 bal toplayaraq,respublika üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri olmuşdur. Məktəbin məzunlarından iki nəfər  qızıl və  gümüş medala layiq görülmüşdür. Məktəbdə zəngin maddi-texniki baza ilə təchiz olunmuş fizika, biologiya, kimya, informatika kabinetləri, ekosinif fəaliyyət göstərir. GÇH kabinetində isə mini kazarma yaradılmışdır.  11.09.2017-ci il tarixdə ölkə prezidenti cənab İlham Əliyev əsaslı təmirdən sonra məktəbə gələrək, görülmüş quruculuq işləri ilə yaxından tanış olmuşdur. Hal-hazırda məktəbdə Təhsil Nazirliyinin "Rəqəmsal bacarıqlar" (Alqoritmika), STEAM  pilot layihələri uğurla həyata keçirilir. STEAM şagirdləri "Hakaton 2021" ,"Makerthon 2021" ,"Makerthon 2022" ,"Smart School" yarışmasında, İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq Online VEX Robotics yarışmasında, Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə "STEAM Azərbaycan" layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalında (SAF)  uğurla iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi