Kiçik Akademiyadan böyük gələcəyə

Dövlət siyasətinin prioritet sahələrindən biri olan insan kapitalına qoyulan sərmayə bu gün 162 nömrəli məktəbin şüarına çevrilmişdir. Beləki, "Məktəbdən böyük gələcəyə" şüarı altında 31.05.2016-cı il tarixində AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının dəstəyi ilə "Bu günün şagirdi - sabahın alimi" layihəsi çərçivəsində "Kiçik Akademiya"nın açılışı oldu. Açılış tədbirində iştirak edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov rəhbərliyin məktəb kollektivinə təbriklərini çatdıraraq, öz faydalı təklif və tövsiyyələrini verdi.Tədbirdə iştirak edən digər qonaqlar: professor Əjdər Ağayev, dosent Əhməd Qəşəmoğlu, AMEA-nın İdarə Heyətinin üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Əfsun Sucayev məktəb kollektivinə uğurlar arzuladılar. Tədbirdə "Kiçik Akademiya"nın əsasnaməsi, marşı, loqosu, bayrağı təsdiq olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi