28 May - Müstəqillik Günü

 Məktəbimizdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Aytən İsmayılovanən təşkilatçılığı ilə Müstəqillik Günü ilə əlaqədar şagirdlərlə konfranslar, mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.

  Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Bundan əlavə, tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib. Həmçinin fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi