Ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərdə monitorinq keçirilib.

Mayın 17-si və 18-də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərdə tədris dili ,riyaziyyat, 6-cı siniflərində tədris dili, riyaziyyat və təbiət fənləri üzrə monitorinq keçirilib.
İmtahanın müddəti 150 dəqiqə olub.
236 nömrəli tam orta məktəb Səbail rayon məktəblərinin şagirdləri üçün mərkəz olaraq seçilib və imtahan məhz həmin məktəbdə həyata keçirilib.
İmtahanda məktəbimizin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova imtahan rəhbəri olaraq iştirak etmişdir.