Son zəng

14.06.2025-ci il tarixində E.Əliyev adına 162 nömrəli tam orta məktəbdə pedaqoji heyətin,valideynlərin və şagirdlərin iştirakı ilə Son zəng tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimiz uğrunda şəhid olmuş məktəbin məzunları yad edilməsi ilə başlanıldı.
Tədbirdə məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova çıxış edərək 2024-2025- ci tədris ili ərzində qazanılan nailiyyətlərdən,danışaraq bütün məzunları və onların valideynlərini təbrik etmişdir.Tədbirdə həmçinin Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi Nigar Məmmədova, şəhid anaları iştirak etmişdirlər. Tədbirdə məzunları İbtidai sinif müəllimləri,sinif rəhbərləri təbrik etmişdir.
2024-2025-ci tədris ilində məktəbin 11-ci sinif şagirdləri
Kifayət Əsgərova
Murad Ömərov
Rəvan Məhərrəmli
Sənan Məmmədov
buraxılış və qəbul imtahanında 500 dən yuxarı nəticə göstərdiklərinə görə məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırıldılar.
Daha sonra tədbir məzunların bir birindən gözəl çıxışları ilə davam etmişdir.
Tədbir sonunda Son Zəng çalındı.