"Azərbaycan tarixini öyrənək" adlı bilik yarışı

Məktəbin akt zalında təlim-tərbiyə işləri üzrə direktor müavini Elmira Abbaszadənin təşkilatçılığı ilə 6-cı siniflər arasında "Azərbaycan tarixini öyrənək" adlı bilik yarışı keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanılmışdır.
Tədbirdə məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Nərgiz Ələkbərova, təşkilatçı Aytən İsmayılova, psixoloqlar Rübabə Salehli, Məlakə Yavərzadə, müəllim və şagird kollektivi iştirak etmişdir.
Maraqlı keçən yarışda şagirdlərimiz öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışda 6B sinfi qalib gəlmişdir.