Nümunəvi dərs keçirilib

Dekabrın 20-də IVf sinfində (sinif müəllimi Cəfərov Anar) riyaziyyat fənnindən hissələr, kəsrlər mövzusunda nümunəvi dərs keçirilib.Dərsdə direktor müavini Tağıyeva Xalidə, metodbirləşmə sədri Haşımova Bahar, psixoloq Maniyeva Aygün və digər ibtidai sinif müəllimləri iştirak edib. Dərsin əvvəlində dörd nəfərin iştirakı ilə bağlı səhnəcik göstərilib. Səhnəciyin məqsədi kəsrlə bağlı olub. Müəllim sadə kəsrlər haqqında, surət və məxrəcin mahiyyəti, kəsrləri şəkillər üzərində izah edib. Həyat bilgisi ,Ana dili fənni ilə inteqrasiya yaradılıb. Şagirdlər 4 qrupa (kəsr, hissə, surət, məxrəc) bölünərək, onlara verilən tapşırıqları əməkdaşlıq etməklə yerinə yetirib. Dərsin sonunda şagirdlər gördükləri işləri təqdimat edib. Müəllim seçdiyi meyarlara görə qiymətləndirmə aparıb. Dərsin 1.1.7.;1.1.9. standartları reallaşdırılıb. Dərs müəllimlərin iştirakı ilə müzakirə olunub.