Buraxılış imtahanlarında fərqlənən şagirdlər təltif olunub

11 iyun 2025-ci il tarixində 156 nömrəli tam orta məktəbdə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış imtahanlarında yüksək nəticə göstərən 9-cu və 11-ci sinif şagirdləri məktəb rəhbərliyi tərəfindən təltif olunub. Qeyd edək ki, IX siniflər üzrə 35 nəfər, XI siniflər üzrə isə 26 nəfər 200+ bal toplamışdır.
Məktəbin direktoru Gülər İsmayılova şagirdlərin zəhmətini və nailiyyətlərini yüksək qiymətləndirərək onlara Təşəkkürnamələr təqdim edib. Tədbir zamanı çıxış edən Gülər müəllim şagirdləri qazandıqları uğura görə təbrik edib, onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıb və dəyərli tövsiyələrini bölüşüb.
Təltifetmə mərasimi məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin motivasiyasının artırılması baxımından əlamətdar bir hadisə kimi yadda qalıb.