“Son zəng” tədbiri keçirilib

İyunun 14-də 2024-2025-ci tədris ilinə həsr olunmuş “Son zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, Xəzər RİH-də təsərrüfat şöbəsinin müdiri Rəsul Rəsulov, məktəbin kitabxana müdiri Şəhid Ramil Yusifzadənin anası Reyhan Yusifova, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib. Məktəbin həyətində keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canını fəda etmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Gülər İsmayılova tədbiri açıq elan edərək, tədbirə gələn bütün qonaqları salamlayıb, onlara bu əlamətdar gündə iştirak etdikləri üçün təşəkkürünü bildirib. Daha sonra sevinc və həyəcan içində olan məzunları səmimi qəlbdən təbrik edərək, onlara gələcək həyat yollarında uğurlar arzulayıb. Direktor məzunlara bu gün təkcə bir məktəb həyatının deyil, eyni zamanda yeni bir mərhələnin başlanğıcı olduğunu bildirib. Bu tədris ilində XI sinif məzunlarının sayı 86 nəfərdir. XI A, XI B və XI C məzunları.

Daha sonra çıxış üçün söz Xəzər RİH-nin əməkdaşı Rəsul Rəsulova, Reyhan Yusifovaya və valideynlərə verilib. Onlar öz çıxışlarında məzunlara ürək sözlərini və arzularını çatdırıblar.

Tədbirin bədii hissəsində Azərbaycan ədəbiyyatının parlaq simalarından biri olan Hüseyn Cavidin "Qızlar məktəbi" şeirinə bəstələnmiş musiqinin sədaları altında "Duyğuların rəqsi" nümayiş olunub.

Tədbirdə məktəb məzunlarının iştirakı ilə Azərbaycan milli mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.

Xüsusilə məktəbin XI sinif şagirdləri ilə I sinif şagirdlərinin birlikdə hazırladığı səhnə kompozisiyası tədbirin ən yaddaqalan və duyğusal məqamlarından biri olub. Birincilərin məzunlara ünvanladıqları şeirlər və səmimi sözlər tədbir iştirakçılarını kövrəldib, qarşılıqlı sevgi və ehtiram abu-havası yaradıb.

Məzunların və birincilərin iştirakı ilə məktəbin sonuncu zəngi çalınıb. Daha sonra səhnədə səslənən son mahnıdan sonra məzunlar məzun papaqlarını göyə ataraq məktəblə vidalaşdılar.

Əziz məzunlar sizləri bir daha təbrik edir, uğurlar arzulayırıq. Yolunuz açıq olsun!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi