Pedaqoji şuranın növbəti iclası keçirilib

İyunun 17-də məktəbin akt zalında pedaqoji şuranın növbəti iclası keçirilib. Pedaqoji şuranı məktəbin direktoru Gülər İsmayılova müəllimləri salamlayaraq, açıq elan edib. O, bu tədris ilində şagirdlərimizin uğurları, beynəlxalq müsabiqələrdə əldə etdikləri nailiyyətlər haqqında məlumat verib, bu işdə əməyi keçən hər bir müəllimə öz təşəkkürünü bildirib.
İlk öncə 2024-2025-ci tədris ilində görülən işlərdən ibarət hesabat videoçarx izlənilib. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Xalidə Tağıyeva , təlim-tərbiyə işləri üzrə direktor müavini Küşvər Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Babaxanova təlim nəticələri, biliyi qiymətləndirilməyən, yay tapşırığı alan, buraxılış imtahanlarının nəticələri barədə hesabatları pedaqoji kollektivin nəzərinə çatdırıblar.
Məktəbin təşkilatçısı Lalə Bayramova il ərzində məktəbdə keçirilən tədbirlər, görülən işlər, layihələr, şagirdlərimizin intellektual, hərbi, idman,rəsm müsabiqələrində əldə etdikləri uğurlar, həmçinin həyata keçirilən bu işlərin hamısının məktəbin saytında və facebook səhifəsində öz əksini tapması haqqında öz hesabatını təqdim edib.
Məktəbin psixoloqu Aygün Maniyeva il ərzində “Narkomaniya”, “Sağlam həyat tərzi”, “Zərərli vərdişlər” və s. mövzular ətrafında apardığı maarifləndirici söhbətlər, məktəbdə sağlam emosional mühitin yaradılması sahəsində aparılan işlər haqqında məlumat verib.
Cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda il ərzində tədbirlərdə, layihələrdə, məktəbin ictimai işlərində fəal iştirak edən, tədbir və layihələri təşkil etdiklərinə görə bir sıra müəllimlər Təşəkkürnamə ilə təltif ediliblər.