Nümunəvi dərs keçirilib

Dekabrın 7- də Vç sinfində riyaziyyat fənnindən (fənn müəllimi Zakirli Nailə) açıq dərs keçirilib. Dərsin mövzusu “Qarışıq ədədlərin çıxılması” olub. Dərsdə direktor müavini Babaxanova İradə, metodbirləşmə sədri Quliyeva Şəhla və digər riyaziyyat müəllimləri də iştirak edib. Şagirdlər dörd qrupa bölünərək ( surət, məxrəc, kəsr, hissə) elektron lövhədə yazılmış tapşırıqları icra edib. Yeni mövzu müəllim tərəfindən izah edildikdən sonra dərsi möhkəmləndirmək məqsədilə şagirdlərə iş vərəqləri paylanılıb və tapşırıqlar həll edilib. Lövhədə hər qrupun cavabları yoxlanılıb, müzakirə edilib. Dərsdə 1.2.4. standartları rellaşdırılıb. Şagirdlər məxrəcləri eyni olan kəsrləri və qarışıq ədədləri toplayıb çıxmaq, onluq kəsrlər üzərində hesab əməlləri yerinə yetirmək bacarığı əldə ediblər. Dərsin sonunda qiymətləndirmə aparılaraq ev tapşırığı verilib.