Səhər toplantısı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub

Mayın 8-i məktəbdə səhər toplantısı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub. Toplantı Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Öncə məktəbin direktoru Gülər İsmayılova şagird və valideynləri salamlayaraq, Ulu öndərin məqsədyönlü, uzaqgörən siyasətinin nəticəsində ölkəmizin tənəzzüldən tərəqqiyə qədəm qoyması, həyatı, siyasi fəaliyyəti, bütün sahələrdə olduğu kimi təhsil sahəsində gördüyü möhtəşəm tarixi hadisələr haqqında geniş çıxış etmişdir. Məhz müasir, günü-gündən inkişaf edən Azərbaycanın ərazi bütövlüyünün bərpası, suverenliyimiz, müstəqilliyimizin əbədi və dönməz olduğunu Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin misilsiz fəaliyyətindən bəhs etmişdir. Məktəbin tarix müəllimi Mənzər Ağabəyova, kitabxana müdiri, 44 günlük vətən müharibəsi şəhidi Ramil Yusifzadənin anası Reyhan Yusifova çıxış edərək bütün ömrünü xalqımızın azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Şagirdlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, təqdimatlar ediblər, “Heydər Babanın nəvələriyik!” musiqi sədaları altında məktəbə daxil olublar.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini hər zaman uca tutacağıq!