"Hər şey övladımız üçün" adlı seminar-məşğələ keçirilib

5 may 2025-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-192 F/2025 nömrəli əmrini rəhbər tutaraq “Ailəm və məktəbim” layihəsi çərçivəsində məktəbin psixoloqu Maniyeva Aygün valideynlər ilə “Hər şey övladımız üçün” mövzusunda seminar məşğələ keçirib. Görüşün keçirilməsinin əsas məqsədi ailə-məktəb münasibətlərinin səmərəli təşkili, böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin sağlam psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasından ibarət olub. Həmçinin valideyn əməkdaşlığı, təlim-tərbiyə prosesinin qarşılıqlı vəhdəti kimi məsələlər müzakirə olunub. Daha sonra valideynlərin təklif və fikirlərini öyrənmək məqsədilə onlarla sorğu keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi