Bilik yarışı keçirilib

2 may 2025-ci il tarixində məktəbin akt zalında "Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş şagirdlərin dünyagörüşünü və fənlər üzrə biliklərini yoxlamaq məqsədilə ingilis dili müəllimi Əlizadə Ləmanın təşkilatçılığı ilə VIII siniflər arasında "Jeopardy" proqramı vasitəsilə bilik yarışı keçirilib. Yarış Dövlət Himninin səsləndirilməsilə başlayıb. Daha sonra yarışa start verilib. Müsabiqəni izləmək üçün məktəbin direktoru İsmayılova Gülər, təlim-tərbiyə işləri üzrə direktor müavini Babaxanova İradə, təşkilatçı Bayramova Lalə, Məmmədova Küşvər, psixoloq Maniyeva Aygün münsiflər heyəti qismində iştirak etmişdir. Yarışda 6 komanda iştirak edib. Yarışın nəticələrinə görə VIII A sinfinin "Chapter-3" komandası I yer, VIII Ə sinfinin "Mergen" komandası II yer, VIII D sinfinin "İşıqlı yol" komandası III yerə layiq görülüb. Qalib olan şagirdlər məktəb rəhbərliyi tərəfindən diplom və medalla mükafatlandırılıb.

Şagirdləri təbrik edir, gələcək yarışlarda uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi