"Mülki müdafiə” gününə həsr olunmuş açıq dərslər keçirilib

Məktəbin Fəaliyyət planına və mülki müdafiə haqqında tədbirlər planına uyğun olaraq mayın 1-də V A və V C siniflərində açıq dərslər keçirilib. Bu günün keçirilməsinin əsas məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət olub.
Açıq dərslərdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Babaxanova İradə, Məmmədova Küşvər, Hərbi rəhbər Bilalov Lətif və digər fənn müəllimləri iştirak edib.
Öncə müəllimlər şagirdlərə təbii fəlakətlərdən qorunmanın yolları, fövqəladə hallar zamanı davranış qaydaları, yaralılara ilk tibbi yardımın göstərilməsi haqqında geniş məlumat veriblər. Daha sonra şagirdlər qəzalar və təbii fəlakətlər zamanı göstərilən ilk yardım, əleyhqazların növlərini, yanğın zamanı lazım olan avadanlıqlardan necə istifadə olunmasını nümayiş etdiriblər.