“Xarıbülbül” inşa müsabiqəsinin nəticələri elan olunub

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkil etdiyi IX-XI sinif şagirdləri arasında II Qarabağ Müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” inşa müsabiqəsinin nəticələri elan olunub. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasında keçirilib. İnşa müsabiqəsinin keçirilməsində məqsəd Vətən müharibəsində əldə olunan Zəfərin şagirdlərdə yaratdığı təəssüratı bölüşmək, onlarda vətənpərvərlik hissinin formalaşmasına nail olmaqdan ibarət olub. Bu müsabiqədə məktəbin XI sinif şagirdi Qasımova Tamilla fəal iştirakına görə Fəxri Fərmanla və hədiyyə ilə mükafatlandırılıb. Tədbir Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva tərəfindən təşkil olunub. Tədbirdə II Qarabağ Müharibəsinin qaziləri, inşaları yoxlamış münsiflər heyəti və Akademiyanın əməkdaşları iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Məktəbin direktoru İsmayılova Gülər də bu münasibətlə Tamellanı təbrik edib, ona gələcək müsabiqələrdə uğurlar diləyib.