“Çövkən oyunu- keçmişimizdən bu günə” adlı onlayn təqdimat dərs keçirilib

    Martın 17-də məktəbin ingilis dili müəllimi Məmmədova İlahə X “B” sinfinin şagirdlərilə  “Çövkən oyunu- keçmişimizdən bu günə” adlı onlayn təqdimat dərs keçirib. Bu dərsin keçirilməsində məqsəd vətəndaş mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin tətbiq edilməsindən ibarət olub. Dərsdə 2400 illik tarixə malik, UNESCO-ya daxil edilmiş Qarabağ atları ilə atbelində oynanılan Çövkən oyunu barədə təqdimatlar edilmiş, müxtəlif maraqlı məlumatlar verilmişdir. Müəllim Çövkən oyununun Oğuz qəbiləsində ən sevimli oyunlardan biri olması barədə “Kitabi Dədə Qorqud” dastanında deyilməsi haqqında, eləcə də XII əsr Azərbaycanın dahi şəxsiyyəti Nizami Gəncəvi yaradıcılığında da söhbət açmış, N. Gəncəvinin “Xosrov və Şirin” poemasında bu oyun barədə məlumat verilməsindən danışıb. Təqdimat dərs Azərbaycan xalqının ən qədim dövrlərdən bəri igid, cəsur, döyüşkən oğullar yetişdirməsi, öz asudə vaxtlarını belə, atbelində keçirmələri şagirdlərin nəzərinə çatdırılmışdır. Şagirdlərdən Nəzrin, Ruzi, Türkan, Ləman, mehriban Çövkən oyununu çox bəyəndiklərini və gələcəkdə Çövkən oyunu oynamaq istədiklərini söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi