Metodbirləşmə iclası keçirildi
Əsasnaməyə uyğun olaraq məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Vəfa Məmmədova, Rəfiqə Hacıyeva və metodbirləşmə sədri Aynurə Musayeva tarix müəllimlərinin iştirakı ilə metodbirləşmə iclası keçirdi.
İclasın keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etməkdir, istedadlı şagirdləri üzə çıxarmaqdır.