PİSA 2025 beynəlxalq tədqiqatının əsas mərhələsi davam edir

PISA 2025 beynəlxalq tədqiqatının əsas mərhələsi davam edir.

 

22 may 2025-ci il tarixində keçirilən PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) beynəlxalq tədqiqatının əsas mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən Sabunçu rayonu, Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edir.

 

Qeyd edək ki, PISA-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır.

Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, həmçinin bu biliklərin gündəlik həyatda tətbiqi səviyyəsini ölçən proqramdır və sözügedən tədqiqatın ölkəmizdə həyata keçirilməsi Təhsil İnstitutu tərəfindən təşkil olunacaq.

 

#BakıŞəhəriüzrəTəhsilİdarəsi #EduAz #MÜTDA #PISA2025

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi