28 may Müstəqillik Gününə həsr olunmuş tədbir təşkil olundu

27.05.2025-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, həmçinin “Ana dilimizin saflığını qoruyaq” dərnəyinin rəhbəri Cəbiyeva Gülnarın təşkilatçılığı ilə "28 may - Müstəqillik Günü"nə həsr olunan tədbir təşkil edildi.
Tədbirdə məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Rəfiqə Hacıyeva, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova, UBR Arzu Məmmədova izləyici qismində əyləşdilər.
Dərnəyin üzvləri bu günə həsr olunmuş şeirlər səsləndirdilər və milli rəqsləri ifa etdilər.
#məktəb155 #fəalməktəb #28May #MüstəqillikGünü