28 may Müstəqillik Günü münasibətilə rəsm müsabiqəsi

23 may 2025-ci il tarixində məktəbin təsviri-incəsənət müəllimi, "Rənglərin dünyası" dərnəyinin rəhbəri Zöhrə Əhmədovanın təşkilatçılığı ilə 28 May Müstəqillik Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün münasibətilə şagirdlər arasında rəsm müsabiqəsi keçirildi.

Şagirdlər çəkdikləri rəsmlərdə xalqımızın 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldunduğu, Şərqin ilk demokratik respublikasının təməlini qoyduğu rənglərin ahəngi ilə canlandırdılar.

Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyevanın münsif qismində iştirak etdiyi müsabiqədə əl işləri seçilən şagirdlərin rəsmləri məktəbdaxili sərgidə nümayiş olundu.

 

#məktəb155 #fəalməktəb #virtualməktəb #BakıŞəhəriüzrəTəhsilİdarəsi #MÜTDA #RespublikaGünü #28May #RəsmMüsabiqəsi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi