Şagirdimizin əl işlərindən ibarət rəsm sərgisi

Məktəbin 5c sinif şagirdi Mirzəyev Əliniyaz Röyal oğlunun əl işlərindən ibarət rəsm sərgisi təşkil olundu.

Sərgi "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə məktəbin foyesində keçirildi.

Rəssam şagirdimizin əl işlərinindən ibarət sərgidə məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Məhluqə Bayramova, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Rəfiqə Hacıyeva, 5c sinif rəhbəri Aynurə Musayeva, məktəbin təsviri-incəsənət müəllimi Zöhrə Əhmədova, fiziki tərbiyə müəllimi Mələknisə Mirzəyeva, Azərbaycan dili və ədəbiyyatı müəllimi Könül Aslanova, kitabxana müdiri Kifayət Cəfərova, məktəbin digər müəllimləri və şagirdləri sevərək yaxından iştirak etdilər.

Tədbirin sonunda balaca rəssam "Ən istedadlı şagird" nominasiyasına layiq görülüb.

 

Şagirdimizi bu uğuru münasibətilə ürəkdən təbrik edirik və uğurlarının davamını diləyirik!

 

#məktəb155 #fəalməktəb #1İyun #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #ƏnİstedadlıŞagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi