“Son zəng” günü
İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yadda qalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür.
Son zəng tədbirində məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Rəfiqə Hacıyeva, Vəfa Məmmədova və RİH – nin Sosial – iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məshələtçisi Zeynal Abbas iştirak edirdi.
Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir.