Pedaqoji şuranın növbəti iclası keçirildi
30.03.2019 – cu il tarixdə saat 0900 da məktəbin direktoru Ruhiyyə İbrahimova Pedaqoji şuranın növbəti iclasını keçirdi.
16 mart 2019 – cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin təşkil etdiyi Məktəb seminarlarında Bakı məktəbləri və 155 N – li məktəb qarşısında qoyulan tələblər, onların yerinə yetirilməsi (məruzəçi Ruhiyyə İbrahimova).
BSQ testlərinin hazırlanması haqqında təlim – tərbiyə işləri üzrə direktor müavini Vəfa Məmmədova ətraflı məlumat verdi.Testlərin hazırlanması zamanı açıq və qapalı suallardan necə istifadə olunmalı, standartlar üzrə suallar necə seçilməli, səviyyələr üzrə sualların tərtibi və s məsələlər haqqında məlumat verdi.
IX siniflərin diaqnostik qiymətləndirmə nəticələri müzakirə olundu.Qarşıda qalan 2 ay ərzində görüləcək işlər təyin olundu. Müzakirə olunaraq əlavə məşğələlərin günü, saatı müəyyənləşdirildi və nəticələr təhlil olundu.
Aparılan açıq dərslərin müzakirəsi keçirildi. Dərslərin hansı meyarlar üzrə qiymətləndirilməsi haqda danışıldı.