Valideynlərin nəzərinə

Aprel ayının 1 – dən başlayaraq 2019 – cu  təqvim ili ərzində məktəbimizdə yeni müsabiqəyə start veririk. Müsabiqənin şərtləri aşağıdakılardır:

2019 – cu il ərzində övladı müxtəlif nominasiyalar üzrə fərqlənən şagirdlərin valideynləri məktəb rəhbərliyi  tərəfindən “Sertifikatla” təltif olunacaqlar.

Bura məktəbdaxili, rayon, şəhər, respublika və s müsabiqələrdə fərqlənən, nizam – intizamı, səliqəsi, davamiyyəti və s ilə fərqlənən şagirdlər aid ediləcək.

Namizədlərin qeydiyyatı sinif rəhbərlərinin, fənn müəllimlərinin və s. səlahiyyətli şəxslərin təqdimatı əsasında il boyu aparılacaq.

Mükafatlandırma mərasimi 2019 – cu ilin dekabr ayında keçiriləcəkdir.

Hər birinizə uğurlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi