Həyat bilgisi fənni üzrə açıq dərs keçirildi

2b sinfində Firəngiz Quliyeva həyat bilgisi fənni üzrə Güc birlikdədir  mövzusunda açıq dərs keçdi.

Açıq dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavini Vəfa Məmmədova iştirak edirdilər.

Müəllim iki boşqabda üç müxtəlif rəngli düyməni qarışdıraraq 2 qaba tökür. Boşqablardan birini bir şagirdin qarşısına qoyur və düymələri rənglərinə görə seçib ayırmağı tapşırır.

İkinci qabdakı düymələri ayırmağı isə üç şagirdə həvalə edir. Təbii olaraq üç şagird işi daha tez yerinə yetirir. Sinfə müraciətlə bunun səbəbini izah etmək təklif olunur. Şagirdlər fikirlərini söylədilər.
 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi