Həyat bilgisi fənni üzrə açıq dərs keçirildi

4d sinfində Gülnar Quluyeva həyat bilgisi fənni üzrə Təbii ehtiyatlar mövzusunda açıq dərs keçdi.
Açıq dərsdə məktəbin direktoru Ruhiyyə İbrahimova, direktor müavinləri Vəfa Məmmədova, Rəfiqə Hacıyeva, ibtidai sinif müəllimi Gülşən Qurbanova və musiqi müəllimi Aynurə Quliyeva iştirak edirdilər.
Təbii ehtiyatlar, onların növləri, əhəmiyyətləri araşdırıldı. Qrup işləri işləndi. Qrup üzvləri təbii ehtiyatlar haqqında məlumatı və əhəmiyyəti, təbbi ehtiyatların səmərəli və səmərəsiz istifadəsi haqqında yazdılar.
Daha sonra sual – cavab əsasında müzakirə aparıldı.