“Aşıq Ələsgər və Azərbaycan folkloru”nun məktəb turu keçirildi

“Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirildi.
Müsabiqədə məktəbin direktoru Ruhiyyə İbrahimova, kitabxana müdiri Kifayət Cəfərova, kitabxanaçı Kifayət Həsənova və dil ədəbiyyat müəllimi Kəmalə Hüseynova iştirak edirdilər.
Məktəbin VII – IX sinif şagirdləri arasında təşkil olunan müsabiqənin I mərhələsinin ən yaxşı şeir müsabiqəsi üzrə IX sinif şagirdi Heydərova Cəmilə Rasim qızı II mərhələnin şəhər turuna keçid qazandı.
Müsabiqənin əsas məqsədi təhsil nazirinin əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək, təhsilalanları ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, xüsusi istedada malik olan şagirdləri üzə çıxarmaq, onların bədii-estetik zövqünü formalaşdırmaq və məktəblilərin yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdən ibarətdir.