COĞRAFİYA AYLIĞI

Ayrı-ayrı fənlərə maraq yaratmaq və şagirdlərin fənlər üzrə dünyagörüşünü daha da artırmaq üçün davamlı olaraq fənn aylıqları keçirilir. Coğrafiya aylığı çərçivəsində məktəbimizin coğrafiya müəllimi Nicatxanım Nəsirzadə 9A sinif şagirdləri ilə birlikdə Azərbaycanın hər bir bölgəsinə xas olan nemətlərlə bəzədilmiş xəritə hazırladılar. Azərbaycan xəritəsinin təbii nemətlərlə nümayişi məktəblilərin marağına səbəb oldu.