Peşəyönümlü işin təşkili

Məktəb psixoloqu S.Türfə, 8-ci sinif şagirdlərinin maraq və meyillərini aşkara çıxarmaq məqsədilə sorğu keçirib. Sorğunun nəticələri əsasında şagirdlərin fərdi maraqları və gələcək peşə seçimləri haqqında daha ətraflı məlumat əldə edilib. Daha sonra, şagirdlər ilə sorğunun nəticələri müzakirə olunub və onların gələcək peşə seçimlərinə dəstək olmaq məqsədilə onlarla maarifləndirici iş təşkil olundu. Məktəb psixoloqu müxtəlif peşələr, onların tələbləri və əmək bazarındakı perspektivləri haqqında şagirdlərə məlumat verib. Şagirdlərə düzgün peşə seçiminin onların gələcək həyatına necə təsir edəcəyi izah olunub. Eyni zamanda, fərdi maraq və bacarıqlarına uyğun seçim etmənin əhəmiyyəti vurğulanıb.