2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü

2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü qeyd edildi. Məktəbin psixoloqu S.Turfə və sinif rəhbərlərinin təşkilatçılığı ilə şagirdlər autizm haqqında qısa animasiya filminə baxdılar, dünyaca məşhur autizm alimləri ilə bağlı təqdimat dinlədilər. Sonda autizmə dəstək simvolu olan, həssaslığı, səbir və ümidi simvolizə edən mavi şarlar səma üzərinə buraxıldı. Bu, cəmiyyətimizdə fərqliliyə hörmət və həmrəylik mesajını gücləndirmək məqsədi daşıyırdı.