XARİCİ DİL FƏNN AYLIĞI

"Xarici dil fənn aylığı" çərçivəsində ingilis dili müəllimləri Qəmər Rüstəmova və Ləman Babayeva 10A sinif şagirdlərinin iştirakı ilə “Hara və niyə səyahət etmək istərdiniz?” mövzusunda dəyirmi masa keçirdi. Şagirdlər arzu etdikləri ölkə və şəhərlər haqqında maraqlı təqdimatlar etdilər, səyahət seçimlərini əsaslandıraraq öz fikirlərini bölüşdülər.