23 APREL- ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə məktəbimizin ibtidai sinif müəllimləri tərəfindən şagirdlərlə maarifləndirici söhbətlər aparıldı. Görüşlər zamanı uşaqlara kitabların dəyəri, müəllif hüquqlarının əhəmiyyəti, eləcə də mütaliə vərdişlərinin formalaşdırılmasının vacibliyi barədə ətraflı məlumat verildi. Tədbirin əsas məqsədi şagirdlərdə kitaba sevgi yaratmaq, müəllif əməyinə hörmət hissini formalaşdırmaq və onları intellektual inkişafa təşviq etməkdən ibarət idi.