Məktəbin adını daşıdığı qəhrəman Faiq Rzayevin 50 illik yubileyinə həsr olunmuş tədbir

    13 may Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbdə məktəbin fəxrlə adını daşıdığı qəhrəman şəhid Faiq Rzayevin 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirildi. Bu mənalı və duyğulu gütən uğrunda canını fəda etmiş igid övladımızın əziz xatirəsinə dərin ehtiramın ifadəsi oldu.
    Tədbirdə şəhidin anası Ruxsarə xanım, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət xanım, İcra Hakimiyyətinin məsul nümayəndələri, digər şəhid anaları, media nümayəndələri, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə şəhidin məktəb həyətində ucaldılmış büstünü və məktəbdə onun şərəfinə yaradılmış xatirə muzeyini ziyarət etdilər. Rəsmi mərasim məktəbin akt zalında davam etdirildi. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca Vətən uğrunda canından keçmiş bütün şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Məktəbin direktoru Pərvanə xanım çıxış edərək tədbirin mahiyyəti və şəhid Faiq Rzayevin şərəfli həyat yolu haqqında danışdı. O, çıxışında vurğuladı ki, belə qəhrəmanlarımızın keçdiyi şərəfli yol bu günün və gələcəyin gəncləri üçün əsl örnək, vətənpərvərlik məktəbidir. Şəhidin həyat yolunu, döyüşlərdə göstərdiyi igidliyi, məktəbin onun adını daşıması ilə qürur duyduğunu qeyd edən direktor, gənc nəslin vətən sevgisi ruhunda tərbiyə olunmasının vacibliyinə diqqət çəkdi.
    Tədbir çərçivəsində məktəb şagirdləri və müəllimlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olundu. Şagirdlər Vətən, şəhidlik və qəhrəmanlıq mövzusunda şeirlər söylədilər, səhnəciklər təqdim etdilər. Musiqi nömrələri tədbirə xüsusi rəng qatdı.
    Bu tədbir bir daha sübut etdi ki, Vətən uğrunda can verən qəhrəmanlarımız heç zaman unudulmur, onların adı daim hörmət və minnətdarlıqla anılır. Şəhid Faiq Rzayevin adı isə gələcək nəsillərin yaddaşında əbədi yaşayacaq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi