Pedaqoji şura iclası keçirildi

İyun ayının 18-də 2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavini, müəllimlər və digər pedaqoji heyət iştirak etdilər.
Tədris ilinin yekunları ətraflı şəkildə müzakirə olundu, fənn müəllimləri və sinif rəhbərləri tərəfindən illik hesabatlar təqdim edildi. Pedaqoji Şurada tədris prosesinin nəticələri, şagirdlərin bilik səviyyəsi, intizam vəziyyəti, psixoloji müşahidələrin nəticələri, məktəbdaxili tədbirlər və tərbiyəvi işlərin gedişi ilə bağlı ətraflı çıxışlar dinlənildi. Müəllimlər qarşıya çıxan çətinliklər, əldə olunan nailiyyətlər və gələcəkdə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi apardılar.
İclasın sonunda yeni tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirildi, tədris keyfiyyətinin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və məktəbin ümumi inkişafı ilə bağlı müvafiq tapşırıqlar verildi.