Beynəlxalq Ailə Günü

15 May - Beynəlxalq Ailə Günü qeyd olundu. Əsas məqsədimiz ailə dəyərlərinin təbliği, şagirdlərdə empatiya və sosial məsuliyyət hissinin gücləndirilməsi idi. Şagirdlər bu münasibətlə ailə mövzusunda esse yazaraq öz duyğularını və fikirlərini ifadə etdilər. Ailə münasibətlərini əks etdirən səhnəciklər hazırlayaraq səhnələşdirdilər və müxtəlif təqdimatlarla ailənin cəmiyyətdəki rolu haqqında maraqlı məlumatlar paylaşdılar. Bundan əlavə, məktəbin psixoloqu T.Səlimova tərəfindən “Əgər mən valideyn olsaydım...” mövzusunda diskussiya təşkil olundu, şagirdlər bu cümlə əsasında fikirlərini yazdılar. Diskussiya vasitəsilə valideyn baxış bucağından düşünərək məsuliyyət, anlayış və qarşılıqlı hörmət mövzularını fəal şəkildə müzakirə etdilər.