2024-2025-ci tədris ilinin "Son Zəng"i

    14 iyun 2025-ci il tarixində məktəbimizdə 2024–2025-ci tədris ilinin yekunlaşması münasibətilə “Son Zəng” tədbiri keçirildi. Əlamətdar gündə müəllimlər, şagirdlər, valideynlər və məzunlar bir araya gələrək unudulmaz anlar yaşadılar.

    11 illik təhsil həyatına yekun vuran məzunlarımızın simasında həm sevinc, həm də ayrılıq kədəri duyulurdu. Tədbir çərçivəsində məktəbin direktoru, direktor müavinləri və sinif rəhbərləri çıxış edərək tədris ili ərzində görülən işlər, əldə edilən uğurlar və şagird nailiyyətləri barədə məlumat verdilər. Eyni zamanda, məzunlara gələcək həyatlarında uğurlar arzuladılar. Valideynlər çıxış edərək övladlarının bu mərhələyə çatmasında əməyi olan bütün müəllimlərə və məktəb rəhbərliyinə təşəkkürlərini bildirdilər, öz təəssüratlarını bölüşdülər. Məzunlarımız da müəllimlərinə göstərdikləri əvəzsiz zəhmət və dəstəyə görə minnətdarlıqlarını ifadə etdilər. Tədbir şagirdlərin bədii kompozisiyaları, musiqi nömrələri və maraqlı səhnələrlə davam etdi.

    Sonda isə ənənəvi "Son zəng" səsləndi və məzunlar məktəb həyatı ilə vidalaşaraq yeni bir mərhələyə qədəm qoydular. Məktəb rəhbərliyi bütün məzunlarımıza gələcək həyatlarında can sağlığı, uğurlar və davamlı nailiyyətlər arzulayır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi