"NOVRUZ - XALQ BAYRAMIDIR" adlı bayram tədbiri

    17 mart 2025-ci il tarixində məktəbimizdə Sinifdənxaric işlər üzrə təşkilatçı B.Sonaxanım, Uşaq Birliyi rəhbəri Q.Ruhsaranın, azərbaycan dili və ədəbiyyat müəllimi L.Muradovanın təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Novruz – Xalq Bayramıdır” adlı möhtəşəm tədbir keçirildi. Tədbirin məqsədi milli-mənəvi dəyərlərimizi yaşatmaq, şagirdlərə Novruzun ənənələrini tanıtmaq və baharın gəlişini birlikdə qeyd etmək idi. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıldı. Məktəb rəhbərliyi və müəllimlər çıxış edərək Novruzun xalqımız üçün əhəmiyyətindən danışdılar və şagirdləri təbrik etdilər. Tədbirdə Novruzun rəmzi personajları – Keçəl və Kosa şən zarafatları ilə tədbirə xüsusi rəng qatdılar. Daha sonra Bahar qızın gəlişi səhnələşdirildi və şagirdlər Novruzun dörd çərşənbəsi haqqında səhnəciklər təqdim etdilər.Bayramın əhval-ruhiyyəsinə uyğun olaraq şagirdlər milli rəqslər ifa etdilər, Novruz haqqında şeirlər səsləndirdilər və mahnılar oxudular. Bu cür tədbirlər şagirdlərə xalqımızın qədim adət-ənənələrini daha yaxından tanımağa imkan yaradır və onlarda milli dəyərlərə sevgi aşılamağa xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi