Heydər Əliyev muzeyi

Noyabrın 29-da 9"A" sinif şagirdləri üçün Yasamal rayonu Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu. Şagirdlər Mərkəzin "Muzey", "Kitabxana və İnformasiya Texnalogiyaları" bölmələri ilə tanış oldular. Onlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu haqqında daha geniş və ətraflı məlumatlar əldə etdilər. Fotoşəkillərdən və Ulu Öndər haqqında yazılmış kitablardan ibarət qalereyaya baş çəkdilər.