Şagirdlər Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

12 dekabr 2023-cü il tarixində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir.
Dekabrın 4-də Faiq Rzayev adına 150 №-li tam orta məktəbin sinif rəhbəri Məmmədova Yeganənin təşkilatçılığı ilə məktəbimizin 10A sinif şagirdləri Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. 
Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi