ƏFSANƏVİ PARTİZAN ƏHMƏDİYYƏ CƏBRAYILOV

Bəlkə də sənin romanını hamı oxumayıb, həyat hekayələrindən xəbəri olmayanlar var, həyatında minlərlə düşmən obrazı olduğunu bilməyənlər var...bəlkə də... Bəlkə də gənclərin bəziləri bilmir ki, sən bəşəriyyətin XX əsr bəlası olan qorxunc faşizm və nasizim üzərində qələbənin qalibisən, sənin həyat hekayən gənc yaşlarında ölkənin müdafiəsi üçün könüllü olaraq cəbhəyə yollanmağınla başlayıb. “Əsərin müəllifi” səni Avropa müqavimət hərəkatında faşizmlə mübarizədə igidlik göstərən əsgərə, Fransa Müqavimət hərəkatının fəal üzvünə çevirir, çoxsaylı kəşfiyyat əməliyyatlarında şücaətlər göstərən, qəhrəmanlıq rəmzinə çevrilən, hamıya örnək ola biləcək igid, cəsur, mərd bir obraz yaradır. Bu, Azərbaycanın ilk milli qəhrəmanlarımdan biri Əhmədiyyə Cabrayılovun həyat hekayəsidir. Əhmədiyyə Cəbrayılovun həyat yoluna nəzər saldıqda onun əzminə, iradəsinə, fədakarlığına, cəsarətinə təəccüblənməmək imkansızdı. Əfsanəvi partizan “Xarqo”, “Fraji”, “Ryus Armed” adlarıyla fəaliyyət göstərərək bircə adı — Azərbaycan oğlu — Əhmədiyyə Cəbrayılov adını şərəflə daşımış, Azərbaycanı qorumaq naminə bütün dünyada Azərbaycan oğlunun igidlik nümunəsinə çevrilmişdi. Faşizmlə mübarizədə Azərbaycan xalqının adına dünya şöhrəti qazandıran və Fransa müqavimət hərəkatının ən fəal üzvlərindən olan Ə.Cəbrayılov bu gün torpaqlarımızı erməni faşislərindən azad edən Azərbaycan oğullarının qan yaddaşıdır! Bu gün qələbə sevincini yaşayan hər bir əsgər onun davamçısıdır. Əhmədiyyə Cəbrayılov kimi mərd, cəsarətli, qəhrəman bir oglu olan ölkənin torpağı tapdaq altında qala bilməz! Azərbaycan oğulları bu gün qələbəni qanlarıyla tarixə yazdılar, eynən şəhid Mikayıl Cəbrayılov kimi.

Bu gün biz qalibik! Bu gün biz əsgərlərimizin şücaəti  sayəsində qürurla, başı dik gəzirik! Şəhidlərimizin ruhu qarşısında baş əyərək fəxrlə “Vətən sağ olsun”- deyirik! Ən uca zirvədən — şəhidlik zirvəsindən yəqin ki, davamçılarının rəşadətini, hər bir əsgərdə, hər bir şəhiddə öz əzmini, öz hünərini, öz qanının bir damlasını görürsən...  Bu gün xalqımız Əhmədiyyə Cəbrayılov və onun kimi minlərlə qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyir, Tanrının bu torpağa bəxş etdiyi ən dəyərli oğul payına görə şükür edir! Azərbaycan xalqı heç vaxt öz qəhrəman oğullarını unutmayacaq və gələcək nəsillərə sizin həyat hekayənizi şərəf və qürurla çatdıracaq!

F.Rzayev adına, 150 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyatı müəllimi

Hacıyeva Şəhla

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi